Əlaqə Arxiv
news Image
2020.06.07
11:04
| A A A
Sosial Məsafə və Tibbi maska vacibdir

Bu gün bütün dünyada tüğyan edən koronovirus pandemiyası azalmaq əvəzinə, bir çox ölkələrdə daha da şiddətlənir.
Ölkəmizdə bu xəstəliyə qarşı mübarizə tədbirləri vaxtında aparıldığından vətəndaşlarımız arasında bu virusa yoluxmaların sayı dünya dövlətləri ilə müqayisədə çox az idi. May ayından etibarən Nazirlər kabinetinin yanında Operativ qərargahın qərarlarına əsasən bir çox sahələrdə “yumuşaldılmalar” aparıldı. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, son dövlərdə həm Bakı şəhərində, həm də regionlarımızda tibbi maskadan, məsafə saxlamaqdan insanlar sanki bilərəkdən istifadə etmirlər. Fərdi gigiyenik qaydalara əməl edilmir, davranış qaydaları pozulur. Artıq son 3 gün ərzində ölkəmizdə virusa yoluxanlarla sağalmalar arasında fərq 200-ü keçib.
Ona görə də Operativ qərargah təcili olaraq bir sıra tədbirlər görməyi qərara alıb. Bunlardan ilk olaraq həftə sonları insanların çölə çıxmamalarına dair qəbul edilmiş qərardır. Maskadan gündəlik istifadə etməyənləri də sərt cəzalar gözləyir. Ölkə başçımız cənab İlham Əliyevin bu günlərdə Tərtər rayonunda səfərdə olarkən maska və sosial məsafə tələblərinə riyət etməsi hər birimiz üçün nümunədir. Prezidentimiz Cənab İlham Əliyev bütün görüşlərində insanların qorunması, tibbi qaydalara riayət olunması, karantin rejiminin tələblərinin yerinə yetirilməsini ön plana çəkir.
Məlumdur ki, pandemiyanın başladığı ilk günlərdə insanlar maska çatışmazlığından əziyyət çəkirdilər. Ölkə prezidentimizin səyi nəticəsində qısa zaman ərzində bu problemin həlli üçün müvafiq qərarlar verilərək Tibbi maska istehsalı müəssisəsi yaradıldı və bu məntəqədə gündəlik 250 min maska hazırlanır. Bu o deməkdir ki, bu gün ölkə əhalisinin maska problemi də aradan qalxıb.
Statistikaya görə son 7 gündə dünyada 30 mindən artıq insan pandemiyanın qurbanına çevrilib, virusa yoluxanlar isə 5 milyon 318 mini keçib. Deməli bu xəstəlik nəinki azalır, əksinə daha da artmaqdadır. Bu cür artımın əsas səbəbi məhz insanların bu virusa qarşı ”itaətsizliyidir.’’
Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu pandemiyanın başa çatacağı vaxt heç kimə bəlli deyil. Deməli bu bəşəri problemin həlli ilə bağlı cəmiyyətimizdə həmrəyliliyimizi gücləndirməli, ölkə üzrə qəbul edilmiş qərarlara, xüsusən də karantin qaydalarına hər birimiz ciddi əməl etməliyik.
Məsuliyyətimizi artırmalı, vətəndaşlarımızı,qocalarımızı, uşaqlarımızı və nəhayət özümüzü bu bəladan qorumalıyıq. Bəli, bu gün pandemiyaya qarşı mübarizədə Azərbaycanımızın əldə etdiyi uğurların başlıca səbəbi milli birliyimizin, Prezidentimizə və dövlətimizə olan möhkəm inamımızın təcəssümüdür.
Ölkəmizdə olan dövlət-vətəndaş birliyi onu deməyə əsas verir ki, ölkəmiz bu sınaqdan uğurla və şərəflə çıxacaqdır.

 

Sizin Reklam Yeriniz