news Image
2012.05.13
21:44
| A A A
ŞİMALİ KİPRDƏ GƏNCLƏR FORUMU KEÇİRİLƏCƏK
Forumun keçirilməsi təşəbbüsü millət vəkili Gülər Əhmədova tərəfindən irəli sürülüb.

Movqe.Az xəbər verir ki, 2012-ci il mayın 23-26-də Şimali Kiprdə "Azərbaycan-Şimali Kipr" Gəncləri forumu keçiriləcək. Gənclər forumu, Şimali Kiprdəki Doğu Akdeniz Universiteti Azərbaycan Cəmiyyətinin və MİRAS İctimai Birliyinin təşkilatçılığı ilə baş tutacaq. MİRAS İctimai Birliyinin bu ilin fevral ayından start verdiyi "Dünyada Mənim Vətənim" layihəsi çərçivəsində realaşan gənclər forumu "Mən örnək gəncəm" devzi altında keçiriləcək. Forum Azərbaycanın 28 may Respublika gününə həsr olunacaq.

Gənclər forumuna Azərbaycandan millət vəkilləri, tarixçilər, elm adamları və MİRAS İctimai Birliyinin üzvləri qatılaraq müxtəlif mövzularda çıxışlar edəcəklər. Gənclər forumunda Doğu Akdeniz Universitetinin rektorunun və eyniadlı universitetin Azərbaycan Cəmiyyəti Prezidenti, Şimali Kiprin Milli Məclisinin sədri və üzvləri, nazirləri və ölkə başçısının çıxış etməsi gözlənilir.

Çıxışlar zamanı gənclərin iqtisadi, sosial problemlərinə toxunulacaq. Eyni zamanda, hər iki ölkənin mədəniyyət, elm, təhsil, səhiyyə, idman və s sahələrində keçdiyi inkişaf yolu, gənclərin bu sahədə əldə etdiyi uğurlar və onların gələcək perespektivlərindən söhbət açılacaq. Sonda isə gənclər öz fikirlərini, qarşılaşdığı problemləri, təklif və ideyalarını məruzəçilərlə bölüşəcəklər.

Azərbaycan-Şimali Kipr gəncləri forumunun keçirilməsi təşəbbüsünün millət vəkili Gülər Əhmədova tərəfindən irəli sürülüb. Təşəbbüsün gerçəkləşməsində Doğu Akdeniz Universitetinin tələbələrinin, xüsusilə həmin universitetin tələbəsi və eyni zamanda DAU rektoru, professor Abdullah Öztopraq və həmin universitetin Azərbaycan Cəmiyyətinin prezidenti Elçin Süleymanovun xüsusi əməyi olub.

Gənclər forumu 3 gün davam edəcək. Sonuncu gün Azərbaycandan gələn qonaqlar Şimali Kiprin mədəniyyət və tarixi adibələrini ziyarət edəcəklər.

Xatırladaq ki, "Dünyada mənim Vətənim" layihəsinin əsas məqsədi Azərbaycanı, azərbaycançılıq ideyasını, ölkəmizin qədim və müasir tarixini, mədəniyyətini dünyada təbliğ etmək, gənclərin dünyagörüşünün və həyata baxışının formalaşmasına, onların mədəniyyət ocaqlarına maraqlarının artmasına kömək etməkdir.

"Dünyada mənim Vətənim" layihəsi bir sıra dünya universitetləri ilə əməkdaşlıq nəticəsində reallaşır. Layihə çərçivəsində gənclər bir araya gələrək öz ortaq tarixi. mədəniyyətlərini bir-birləri ilə bölüşürlər.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs