Əlaqə Arxiv
news Image
2013.07.19
16:57
| A A A
Elmi işçilər 3 ildən bir attestasiyadan keçiriləcək

Azərbaycan Nazirlər Kabineti "Azərbaycan Respublikasında elm işçilərin attestasiyasının keçirilməsi Qaydaları"nı təsdiq edib.


NK-dan Mövqe.az-a verilən məlumata görə, attestasiyanın məqsədi elmi işçilərin tutduqları vəzifələrə uyğunluğunu araşdırmaqdır. Attestasiya elmi işçinin lazımi bilik və ixtisas səviyyəsi, əldə etdiyi nəticələrin obyektiv və hərtərəfli qiymətləndirilməsi əsasında aparılır. Bu zaman elmi işçinin tutduğu vəzifənin səciyyəvi xüsusiyyətlərini, bu vəzifənin tələblərini və öhdəliklərini yerinə yetirə bilmək qabiliyyəti nəzərə alınmalıdır.

Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilən işçilər istisna olmaqla, qalan bütün işçilərin attestasiyası aparılır. Hər bir elmi işçi üç ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilir.


Attestasiya olunan elmi işçinin yalnız siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir.

İşəgötürən attestasiya komissiyasının tövsiyəsini nəzərə alaraq, elmi işçinin razılığı ilə onu başqa müvafiq işə və vəzifəyə (peşəyə) keçirir.

Sizin Reklam Yeriniz