Əlaqə Arxiv
news Image
2013.07.20
12:00
| A A A
Sabah I ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək

Sabah Azərbaycanda respublikanın 11 şəhərində ali məktəblərə I ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, bu gün Xüsusi Dövlət Mühafizə Xidməti həm komissiya, həm də Daxili İşlər Nazirliyinin (DİN) işçi qrupları ilə birgə qəbul imtahanları keçiriləcək binalara baxış aparılır. Bu gün ərzində baxış prosesi davam edəcək. Yoxlamalar tam başa çatdıqdan sonra imtahan binaları mühafizəyə götürüləcək.

 

E. Nağızadə qeyd edib ki, I ixtisas qrupu üzrə qəbul imtahanlarında da qəbul imtahanı keçirilməyən şəhər və rayonlarda yaşayan abituriyentlərin imtahan mərkəzlərinə çatdırılması məqsədilə pulsuz avtobus xidmətləri təşkil olunacaq. Abituriyentlər imtahan başa çatdıqdan sonra yaşadıqları məntəqəyə həmin avtobuslarla qaytarılacaq. 

Qeyd edək ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 69 binada keçiriləcək. 2013-cü ildə I qrup üzrə 36883 abituriyent ərizə təqdim edib. Onlardan 34240 nəfəri Azərbaycan bölməsinin, 2643 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 22372 nəfərini oğlanlar, 14511  nəfərini isə qızlar təşkil edir. 21210 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 13766 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır. Ən yaşlı abituriyent 1956-cı ildən, ən gənc isə 1998-ci ildəndir. 

 


Sizin Reklam Yeriniz