news Image
2013.07.22
15:54
| A A A
Yeni binaların boş qalan mənzilləri
Nüsrət İbrahimov: «Satılmayan mənzillər 2,8 % təşkil edir»

Vüqar Bayramov: "Bu mənzillərin boş qalmasının ən əsas səbəbi yeni tikilən binalarda mənzillərin çox baha qiymətə olması ilə əlaqədardır"


Daşınmaz əmlak bazarında aparılan araşdırmalar burada inşa olunan yeni çoxmərtəbəli binalarla bağlı bir sıra maraqlı nüansları üzə çıxarır. Məsələ burasındadır ki, belə binaların böyük əksəriyyətində mənzillərin təxminən 1-15 faizi boş qalır. Hətta həmin mənzillər alınsa da onlarda yaşayan olmur. Bəzən isə həmin mənzillər satılmamış qalır. Məsələyə münasibət bildirən "MBA LTD" Qiymətləndirmə və Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimov Mövqe.az-a açıqlamasında bildirir: "Yeni tikilən binalarda əksər hallarda bütün mənzillər satılır. Satılmayan mənzillər 2,8 % təşkil edir. Son apardığımız tədqiqatlar bu nəticəni açıq-aydın göstərir. Ancaq o mənzillər alındıqdan sonra boş qalırsa, o, artıq başqa məsələdir. Bunun da müəyyən səbəbləri var. Bəzi insanlar evi investisiya məqsədilə, digərləri gələcəkdə ailə həyatı quracaq övladları üçün indidən alıb qoyurlar. Bir çox yeni binalarda isə ümumiyyətlə, satılmayan mənzillər heç yoxdur. Digər mənzillərin 97%-dən artığı isə artıq satılıb".

İqtisadçı ekspert Vüqar Bayramov isə qeyd edir: "Yeni inşa olunan mənzillərin bir qismini yerli icra hakimiyyəti orqanları sosial mənzil kimi istifadə etmək imkanına  malikdir. Bizim apardığımız  tədqiqatlar göstərir ki, sosial mənzilllər və eyni zamanda satış üçün nəzərdə tutulan mənzillərin bir qismi boş qalıb. Bu mənzillərin boş qalmasının ən əsas səbəbi təbii ki, yeni tikilən binalarda mənzillərin çox baha qiymətə olması ilə əlaqədardır. Bununla yanaşı, yeni inşa olunan mənzillərdətəmir qiymətləri də baha başa gəlir. O cür mənzillər "podmayak" kimi istifadəyə verildiyi məlumdur. Buna görə də bu mənzillərdə nəinki əhalinin aşağı təbəqəsi, heç orta təbəqəsi də mənzil ala bilmir. Qiymət bahalığı və təmir xərclərinin yüksək olması mənzillərin satılmamasına səbəb olur. Bəzi hallarda isə mənzillər alınır. Ancaq ki, istifadə olunmur. Buna səbəb isə pulun daşınmaz əmlaka yönəldilməsi üçün investisiya olunmasıdır. Daşınmaz əmlaka pulun yönəldilməsi halları da tədqiqatlarımız zamanı özünü büruzə verir". 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs