Əlaqə Arxiv
news Image
2020.06.19
15:15
| A A A
Baş verən hadisələr Ermənistani xaosa aparır

Ermənistanda acınacaqlı sosial vəziyyət artıq öz pik nöqtəsinə çatır. Erməni mətbuatında demək olar ki, hər gün Nikol Paşinyanın yarıtmaz siyasəti haqqında kəskin tənqidi yazılar dərc olunur. Paşinyan koronavirus pandemiyası dövründə vətəndaşların sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə qarşılaşır. Ermənistanda uzun illərdir baş alıb gedən sosial-iqtisadi böhran və səfalət indi “Paşinyan mərhələsi”nə qədəm qoyub. İşğalçı ölkənin mətbuatında Ermənistanda baş qaldıran yeni etiraz dalğası ilə bağlı hiddət və təşviş dolu yazılarda populist vədlərlə hakimiyyətə gələn Nikol Paşinyan hökumətindən narazılıq ifadə olunur.

Erməni mətbuatı Ermənistanda bir-birinin ardınca bağlanan zavod və fabriklərin, istehsalat müəssisələrinin işçilərinin bir parça çörəyə möhtac qaldıqlarını, yenidən küçələrdə etiraz aksiyaları keçirdiklərini yazır: “Bu gün ixtisar olunub ailəsi çörəksiz qalan bu insanlar hələ keçən il küçələrdə Paşinyanı dəstəkləyirdilər. Və Paşiyanın yalan vədləri və sözünü tuta bilməməsi artıq həmin insanları özündən çıxardıb. Paşinyanın ağzı köpüklənə-köpüklənə meydanda xalqa verdiyi vədlərin əvəzində xalq nə əldə etdi? Daha ağır sosial durum, daha çox işsizlik, daha betər səfalət və bu azmış kimi pandemiya dövründə artan xəstəlik dövlətin vətəndaşına sahib çıxmaması və insanların tələf olması.

Artıq yerli islahatçılar o cümlədən dünyada bir çox analitiklər Ermənistanın yeni hakimiyyətinin hələ heç bir halda ümidləri doğrultmadığını, əksinə ölkəni daha da iflasa apardığını qeyd edir. Paşinyan hökuməti ölkədəki ictimai-siyasi vəziyyəti stabilləşdirmək, Ermənistanın iqtisadiyyatını dirçəltmək və sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmaq iqtidarında deyil. Meydanda Nikol Paşinyan xalqa

nələr söz vermişdi, amma hazırda nə edir? Tam verilən sözlərin əksi və günbəgün xaosa səslənən ermənistan. Paşinyana qarşı ölkəsində artıq çox böyük narazı elektorat meydana gəlib. İşğalçı ölkənin mətbuatında da, küçələrində də baş nazirin fəaliyyətsizliyi durmadan kəskin tənqid olunur, təcili şəkildə problemlərin həlli tələb edilir və hakimiyyət günü gündən öz tənəzzülünü yaşayır.

Tahir Fətullayev

20 Yanvar Cəmiyyətinin Nəsimi rayon şöbəsinin sədri

Sizin Reklam Yeriniz