Əlaqə Arxiv
news Image
2013.07.23
13:07
| A A A
VII sinfin bütün dərslikləri istifadə üçün yararlı sayıldı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası orta məktəblərin VII siniflərinin istifadə etdiyi dərsliklərin elmi-metdoiki monitorinqinin nəticələrini açıqlayıb.


Komissiyadan Mövqe.az-a verilən məlumata görə, bu monitorinqin nəticələrinə əsasən, bütün dərsliklər TQDK-nın Ekspert Şurasının yekun rəyində göstərilənlər nəzərə alınmaqla, respublikanın ümumtəhsil məktəblərində istifadə edilə bilər. Həmin dərsliklər istifadə üçün məqsədəuyğun hesab edilir.

TQDK yeni hazırlanacaq dərslikdə bu dərslikdəki materiallardan istifadə olunarsa, yekun rəydə göstərilən irad və təkliflərin nəzərə almağı tövsiyə edib.

Sizin Reklam Yeriniz