Əlaqə Arxiv
news Image
2020.06.30
14:07
| A A A
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və “Valday” Beynəlxalq Diskussiya klubu birgə beynəlxalq konfrans keçirəcək
İyunun 2-3-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və "Valday" Beynəlxalq Diskussiya Klubu Azərbaycan və Rusiya energetika nazirləri Pərviz Şahbazov və Aleksandr Novakın iştirakı ilə "Qlobal energetika və beynəlxalq siyasi risklər" adlı beynəlxalq konfrans keçirəcək. Tədbirdə Rusiya, Azərbaycan, Almaniya, Səudiyyə Ərəbistanı Türkiyədən rəsmi şəxslər, mütəxəssislər, beynəlxalq əlaqələr üzrə ekspertlər qatılacaq. Konfrans zamanı dünya energetikasının inkişafı və energetika sektoru üçün əsas beynəlxalq siyasi risklər, dünya bazarında neftin qiymətinin kəskin azalması, OPEK+ razılaşmasının gələcəyi, COVID-19 nəticəsində dünyanın üzləşdiyi iqtisadi böhran fonunda yeni razılaşmanın imzalanması və digər məsələlər müzakirə olunacaq. Konfransın ilk günüdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, İdarə Heyətinin üzvü Esmira Cəfərova, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyədə ictimaiyyət, xarici əlaqələr və strateji məsələlər üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edəcək. Konfrans yalnız iyunun 2-də mediaya açıq olacaq. (Birinci günün tam proqramı mətnin sonuna əlavə olunub). Konfransın ikinci günündə Azərbaycanın Xarici İşər nazirinin müavini Xələf Xələfov, Rusiyanın Xarici İşlər nazirinin müavini Andrey Rudenko, Rusiya Energetika nazirinin müavini Pavel Sorokin və Azərbaycanın Energetika nazirinin müavini Samir Vəliyev çıxış edəcək və Rusiya və Azərbaycan münasibətləri, nailiyyətlər, çağırışlar və qarşılıqlı fayda kəsb edən əlaqələrin perspektivlərinə dair müzakirələr aparacaqlar. Konfransın işində həmçinin Beynəlxalq Əlaqələr üzrə Moskva Dövlət İnstitutunun (MQİMO) elmi əməkdaşları Nikolay Silayev, Sergey Markedonov, Rusiya Elmlər Akademiyasının elmi əməkdaşı Stanislav Pritçin, Milli Məclisin üzvü Nizami Səfərov, politoloq Tofiq Abbasov və Azərbaycanın Rus İcmasının sədr müavini Anastasiya Lavrina iştirak edəcək. VACİB QEYD: Tədbir rus və ingilis dillərində "Valday" Beynəlxalq Diskussiya Klubunun saytı və sosial şəbəkələrdəki hesabında canlı yayımlanacaq və BMTM-in "Facebook" səhifəsində https://www.facebook.com/aircenteraz/?modal=admin_todo_tour də paylaşılacaq. Tədbiri həmçinin BMTM-in "Youtube" səhifəsinə daxil olaraq (https://www.youtube.com/channel/UCMPFLuKa3rNPjcWAS5PYy3w?view_as=subscriber) Azərbaycan dilində izləyə bilərsiniz. Spikerlərə suallarınız varsa, əvvəlcədən [email protected] ünvanına yollamanız xahiş olunur. Hər iki ölkənin energetika nazirlərinin sual-cavab sessiyasında iştirakı nəzərdə tutulmayıb. PROQRAM 2 iyun 10:00 – 10:20 Açılış nitqləri: • Andrey Bıstritskiy, "Valday" Beynəlxalq Diskussiya Klubunun İnkişaf və Dəstək Fondu Şurasının sədri • Fərid Şəfiyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin Sədri 10:20 – 12:15 Ekspertlər sessiyası: "Dünya düzəninin dəyişməsi kontekstində dünya energetikası" • Şafi Aldamer, Kral Fahd adına Neft və Minerallar Universitetinin departament rəhbəri, Səudiyyə Ərəbistanı • Kristen Vestfal, Beynəlxalq Münasibətlər və Təhlükəsizlik Məsələləri Alman İnstitutunun baş elmi əməkdaşı, Almaniya • Gürkan Kumbaroğlu, Bosfor Universitetinin enerji siyasəti üzrə elmi mərkəzinin direktor-təsisiçisi, Türkiyə • Konstantin Simonov, Milli Enerji Təhlükəsizliyi Fondunun baş direktoru • İvan Timofeyev, "Valday" Beynəlxalq Diskussiya Klubunun proqram direktoru, Beynəlxalq Məsələlər üzrə Rusiya Şurasının proqram direktoru • Bəxtiyar Aslanbəyli, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyədə ictimaiyyət, xarici əlaqələr və strateji məsələlər üzrə vitse-prezidenti • Esmira Cəfərova, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü. Moderator: • Fyodor Lukyanov, "Valday" Beynəlxalq Diskussiya Klubu İnkişaf və Dəstək Fondunun elmi iş üzrə direktoru 12:15 – 13:00 Salamlama nitqləri: • Aleksandr Novak, Rusiya Federasiyasının Energetika naziri • Pərviz Şahbazov, Azərbaycan Respublikasının Energetika nazir 13:00 – 13:30 KİV-in iştirakı ilə sual-cavab sessiyası.
Sizin Reklam Yeriniz