Əlaqə Arxiv
news Image
2013.07.24
14:32
| A A A
Dilçilik İnstitutunda yeni şöbələr yaradılır

"Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun nəzdində "Müasir Azərbaycan dili", "Nəzəri dilçilik", "Tətbiqi və eksperimental dilçilik", "Türk dilləri", "Hind-Avropa dilçiliyi", "Dil əlaqələri", "Qədim dillər", "Müasir Azərbaycan dilində gedən proseslər", "Şərq, Qafqaz və aborigenlər", "Kommunitiv və semionitiv" şöbələrinin yaradılması nəzərdə tutulub". Mövqe.az-ın məlumatına görə, institutun direktor əvəzi Fəxrəddin Veysəlli bugünkü işçi qrupunun iclasında çıxışı zamanı deyib.


Onun sözlərinə görə, bu şöbələr axırıncı variant deyil, sadəcə ilkin təklifdir və şərti xarakter daşıyır: "Hazırda institutda 10 şöbə fəaliyyət göstərir. Nəzərdə tutulandan artıq şöbələrin yaradılmasına nə institutun imkanı, nə də binası var. Buna baxmayaraq, son illər Dilçilik İnstitutunun maddi-texniki bazası möhkəmləndirilib və bu istiqamətdə işlər gedir".


İclasda təkliflərə münasibət bildirən professor Tofiq Hacıyev deyib ki, bir sıra şöbələr birləşdirilməlidir: "Yeni yaradılacaq bəzi şöbələrdə çalışacaq mütəxəssis yoxdur. Bir sıra şöbələrin birləşdirilməsinə ehtiyac var. Qədim dillərlə bağlı mütəxəssis yoxdur. Biz isə mütəxəssisi olmayan şöbə yaradırıq. İndidən buna nə ehtiyac var? Bəzi şöbələr sektor kimi adlana bilər, kadr olanda isə sektor şöbəyə çevrilə bilər".


Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər Bölməsinin sədr müavini Həbib Zərbəliyev isə deyib ki, qədim latın və yunan dillərinin öyrənilməsi üçün 3 nəfərin xaricə göndərilməsi nəzərdə tutulub. Qədim dillərin öyrənilməsi ölkə üçün çox vacibdir. Bəzən mətbuatda qədim şumerlərlə bağlı yanlış məlumatlar gedir. Ona görə də qədim dilləri bilən mütəxəssis olmalıdır ki, həmin yazıları yazanlara cavab versin".


İclasda o da bildirilib ki, təkliflər nəzərdən keçiriləcək və ümumiləşdirilərək nəzərə alınacaq.

Sizin Reklam Yeriniz