Əlaqə Arxiv
news Image
2013.07.24
14:36
| A A A
Prezident İmrana yardımla bağlı göstəriş verib

Nabranda baş vermiş dəhşətli hadisə nəticəsində ayaqlarını itirmiş 2 yaşlı İmran Cəfərovun bütün xərclərini dövlət öz üzərinə götürüb. Bu barədə APA-ya açıqlamasında İ. Cəfərovun valideynləri bildiriblər.


Ailədən bildirilənə görə, artıq Prezident Administrasiyasının nümayəndələri və səhiyyə nazirinin müavini Abbas Vəlibəyov xəstəyə baş çəkiblər. Onlar ailə ilə görüşüblər və dövlətin bütün xərcləri öz üzərinə götürdüyünü bildiriblər: "Bizə bildirdilər ki, bu məsələ şəxsən prezident İlham Əliyevin nəzarətindədir. Prezident İmranın müalicəsinin dövlət hesabına təmin edilməsi ilə bağlı göstəriş verib".   

 

Ailədən onu da bildiriblər ki, prezident baş vermiş hadisənin araşdırılması, məsuliyyətsizlik edənlərin qanun qarşısında cavab verməsi üçün tapşırıq verib və məsələni şəxsi nəzarətində saxlayır. 


Sizin Reklam Yeriniz