Əlaqə Arxiv
news Image
2013.07.24
13:22
| A A A
Bakı Metropolitenində ventilyasiya şaxtaları işləmir-Özəl
Feyzulla Orucov:Mən də müşahidə etmişəm bəzən stansiyalarda ventilyasiya şaxtalarını söndürürlər" Havaların isti keçməsi yeraltı nəqliyyatdan şikayətlənənlərin sayını artırıb. Digər ictimai nəqliyyat vasitələrindən fərqli olaraq, metro ilə mənzil başına vaxtında çatmaq mümkün olsa da, sərnişinlər havalar istiləşəndən bu nəqliyyat vasitəsindən də istifadənin dözülməz həddə çatdığından gileylənirlər. Pik saatlarında isə  Bakı metropolitenində vəziyyət daha dözülməz həddə çatır. Üstəlik bəzi stansiyalarda ventilyasiya sisteminin tez-tez söndürülməsi sərnişinlərin bu şikayətlərini daha da artırıb. Movqe.az  Bakı Metropolitenindəki bütün vaqonların nə vaxt kondisionerləşdiriləşəcəyini araşdırıb. Bakı Metropoliteninin Tikilən Bakı Metropoliteni Müdiriyyətinin rəis müavini Feyzulla Orucov Movqe.az-a açıqlamasında bildirib ki, Bakı Metropolitenindəki bütün vaqonların yaxın zamanlarda kondisionerləşdirilməsi qeyri-mümkündür: "Yeni gətirilən qatarlarda kondisioner sistemi var. Köhnə qatarlara isə kondisioner qoymaq mümkün deyil. Çünki, həmin qatarların motorlarının gücü buna çatmaz. Ona görə də, Bakı metropolitenində bütün vaqonların kondisionerləşməsi vaqon parkı tam yenilənidikdən sonra mümkündür. O ki, qaldı stansiyalarda ventilyasiya sisteminin işləməməsinə, bütün stansiyalarda ventilyasiya şaxtaları təmir olunub. Amma mən də müşahidə etmişəm bəzən stansiyalarda ventilyasiya şaxtalarını söndürürlər. O gün də İnşaatçılar metrostansiyasında ventilyasiya sistemi işləmirdi. Bu məsələ araşdırılacaq".   
Sizin Reklam Yeriniz