news Image
2013.07.24
15:11
| A A A
Azərbaycan və Rusiya arasında yeni körpü tikiləcək

Samur sərhəd-keçid məntəqəsində Rusiya Federasiyasının nəqliyyat naziri Maksim Sokolovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov arasında görüş keçirilib.


Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən Mövqe.az-a bildiriblər ki, görüş zamanı Samur çayı üzərində yeni körpünün tikilməsi və köhnə körpünün təmiri ilə bağlı fikir mübadiləsi aparılıb və müvafiq protokol imzalanıb.


Tədbirdə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər ərzində əldə olunan nailiyyətlər, nəqliyyat-yol kompleksində həyata keçirilən irimiqyaslı layihələr, həmçinin Rusiya ilə Azərbaycan arasında nəqliyyat əlaqələrinin mövcud vəziyyəti və perspektivlər, habelə ikitərəfli əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs