Əlaqə Arxiv
news Image
2020.07.03
17:11
| A A A
DYP hərəkət iştirakçılarını yoxlamağa başladı-VİDEO

Dövlət Yol Polisi (DYP) Bakı şəhərinin müxtəlif küçə və prospektlərdə sürücü və sərnişinlərin yoxlamasını həyata keçirir.

Mövqe.az xəbər verir ki, xüsusi karantin rejiminin tələblərində nəzərdə tutulmuş müvafiq icazələrinin olub-olmamasına nəzarət etmək məqsədilə hərəkət iştirakçılarının – sürücülərin və sərnişinlərin sənədləri yoxlanılır.

Müvafiq icazəsi olmayan hərəkət iştirakçıları qanunvercilikdə nəzərdə tutulmuşq aydada məsuliyyətə cəlb edilir.

Qeyd edək ki, Bakı şəhərinə giriş-çıxış postları istisna olmaqla digər postlar iyul ayının 2-dən ləğv edilin.

Daxili İşlər Nazirliyindən bildirilib ki, buna səbəb şəhərdaxili yollarda avtonəqliyyatın hərəkətinin intensivliyini təmin etmək, sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarətə daha çox əməkdaşın cəlb edilməsidir.

 

Sizin Reklam Yeriniz