Əlaqə Arxiv
news Image
2020.07.03
18:23
| A A A
Daha öncə virusa yoluxanlar necə müəyyən edilir?

Xəstəliyin daha yuxarı tənəffüs yollarında olduğu zaman buzlu şüşə sindromu aşkarlanmır.

Mövqe.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Xəstənin ağciyərləri yoxlandığı zaman buzlu şüşə sindromu aşkarlandığı hallar ağırlaşma zamanı baş verir. Bu isə xəstənin həkimə gec müraciət etməsi səbəbindən baş verir. PSR testlər yalnız yuxarı tənəffüs yollarında virusu aşkarlayır".

O qeyd edib ki, ekspress testlərin ölkəmizə gətirilməsi planlaşdırılmır:

"Hazırda dünya üzrə PSR testlərin tətbiqi tövsiyə olunur. Eyni zamanda, biz seroloji testlər tətbiq edirik ki, bu testlər xəstənin daha əvvəl virusa yoluxduğunu aşkar edir".

Sizin Reklam Yeriniz