Əlaqə Arxiv
news Image
2020.07.04
14:05
| A A A
Sərt karantin rejimi: İcazəli şəxslərə xəbərdarlıq edildi

Sərtləşdirilmiş karantin rejiminin elan edildiyi ərazilərdə olan qurumlarda işləyən və fəaliyyətinə icazə verilən şəxslər öz avtomobillərindən qeyri-iş saatlarında istifadə etməməlidirlər.

Mövqe.az Report-a istinadən xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

O bildirib ki, adları icazə portalında olan şəxslər yalnız fəaliyyətinə icazə verilmiş qurumların, təşkilatların, müəssisələrin işçiləridir.

"Onların adları icazə portalına ona görə daxil edilib ki, işə gedib-gələ bilsinlər. Amma həmin şəxslər nəzərə almalıdırlar ki, əgər onların işlədikləri qurumlar şənbə və bazar günləri fəaliyyət göstərmirsə, adlarının icazə portalında olmasından istifadə etməməlidirlər. Yəni, belə hal karantin rejiminin pozulması hesab olunur. Kimlərsə vacib işlə, ərzaqla və ya digər zərurətlə əlaqədar evlərini tərk etməli olsa, onda adi SMS vasitəsilə icazə almalıdır" - K.Əliyev vurğulayıb.

Sizin Reklam Yeriniz