Əlaqə Arxiv
news Image
2020.07.04
15:03
| A A A
Nəsimi rayonunda karantin rejimi ilə bağlı zəruri tədbirlər davam etdirilir

Yeni növ koronavirus (COVİD-19 ) infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinin yerlərdə əhaliyə çatdırılması və həmin tələblərə əməl olunması üçün Nəsimi rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargah tərəfindən tədbirlər daha da gücləndirilib.
Operativ Qərargahın üzvləri  yaradılmış mobil qruplar ilə birgə rayon ərazisində karantin dövründə fəaliyyətinə icazə verilən obyektlərə baxış keçirərək xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi ilə bağlı təbliğat-izahat və maarifləndirmə işlərini  davam etdirirlər.
Həmçinin rayon İcra Hakimiyyətində yaradılmış mobil qruplar tərəfindən hüquq-mühafizə orqanlarının  nümayəndələri ilə birgə əhalinin hərəkətinin sıx olduğu yerlərdə, ticarət obyektlərində, bazarlarda, xidmət sahələrində və fəaliyyətinə icazə verilmiş digər obyektlərdə tətbiq olunan tələblərə riayət edilməsinin monitorinqi aparılır, pozuntu hallarına yol vermiş qurum və ya cavabdeh şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş ciddi tədbirlər görülür. Eyni zamanda mobil qruplar sakinlərlə maarifləndirici söhbətlər apararaq, onlara  koronavirus infeksiyasına yoluxma hallarının qarışısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları, eyni zamanda xüsusi karantin rejiminin tələblərinə əməl etməklə, yoluxma riskini azaltmaq üçün mümkün qədər evdə qalmağı, xüsusi ehtiyac olmadıqda evləri tərk etməkdən çəkinməyi tövsiyə edirlər.
İcra Hakimiyyətində yaradılmış Operativ Qərargahın üzvləri rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələri ilə sıx əlaqə quraraq, səhiyyə müəssisələrinin ətraf ərazilərində dezinfeksiya işlərinin aparılmasını və tələb olunan sanitar-gigiyenik vasitələrin təminatını daim nəzarətdə saxlayır. 
Yeni növ koronavirus (COVİD-19 ) infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması ilə əlaqədar elan olunmuş xüsusi karatin rejimi dövründə yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə dəstək olmaq məqsədilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən başlanılmış sosial aksiya davam etdirilir.
Aksiya çərçivəsində İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qeyd olunan həssas kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılır, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydalarına əməl etmələri  və sosial təcridolunmanın vacibliyi barədə məlumatlar verilir.
Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirən vətəndaşlar elan olunmuş xüsusi karantin rejimi dövründə hər kəsi dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək verməyə çağırıblar.

 

Sizin Reklam Yeriniz