Əlaqə Arxiv
news Image
2020.07.05
15:15
| A A A
"İcaze.e-gov.az" portalında icazələr ləğv edilib

"İcaze.e-gov.az" portalında isə 5 iyul tarixinə qədər olan icazələr avtomatik olaraq deaktiv olunub.

Mövqe.az-ın məlumatına görə, bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib.

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir.

Bir daha fəaliyyətinə icazə verilən sahələrdən xahiş olunur ki, icaze.e-gov.az portalına daxil olmaqla onlara aid məlumatların müvafiq Qərara uyğun tənzimləməsini həyata keçirsinlər. Çünki sistemdə nəzərdə tutulan həddi aşan icazələrin ləğvi davam edəcək.

 

İcazələrin tənzimlənməsi ilə bağlı yaranan xüsusi hallarla bağlı hüquqi və fiziki şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilər.

Qeyd edək ki, sosial şəbəkələrdə vətəndaşlar bildirir ki, icazə almaq üçün müraciət etsələr də, sistem daxil edilən məlumatları tanımır.

Sizin Reklam Yeriniz