Əlaqə Arxiv
news Image
2020.07.05
16:50
| A A A
Koronavirusa yoluxan alimlə bağlı məsələ nəzarətə götürüldü - RƏSMİ

AMEA Dilçilik İnstitutu koronavirusa yoluxan və buna görə hazırda ev şəraitində müalicə edilən professor İdris Abbasovla bağlı məlumat yayıb.

İnstitutun mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasovun səhhəti ilə bağlı məsələ AMEA rəhbərliyinin diqqətindədir:

"Günün birinci yarısında AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Elsevər Ağayevə və TƏBİB-in sədri Ramin Bayramlıya zəng edərək onlara professor İdris Abbasovun səhhəti ilə bağlı məlumat vermiş və lazımi köməklik göstərilməsini xahiş etmişdir.

 

Səhiyyə Nazirliyinin və TƏBİB-in məsul şəxsləri professor İdris Abbasovun və onun ailə üzvlərinin səhhəti ilə əlaqədar lazımi tibbi tədbirlərin görüləcəyini bildirmişlər".

Sizin Reklam Yeriniz