Əlaqə Arxiv
news Image
2020.07.09
10:55
| A A A
Polis İsmayıllıda istirahət mərkəzlərinin sahiblərinə xəbərdarlıq etdi

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi qaydalarının təmin olunması məqsədilə rayon ərazisində tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Mövqe.az-a verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində yerləşən istirahət mərkəzlərinə baş çəkib, həmin obyektlərin sahibləri ilə maarifləndirici söhbətlər aparıblar. Operativ Qərargahın tələb və tövsiyələrinə istirahət mərkəzlərində də ciddi riayət edilməsinin vacibliyi həmin sahibkarların diqqətinə çatdırılıb. İnsanların bir yerə toplaşmasının qarşısının alınması, qapalı məkanlarda tibbi maskalardan istifadə edilməsi, eləcə də digər sosial izolyasiya qayddalarının təmin olunmasının zəruriliyi onlara bildirilib.

Sizin Reklam Yeriniz