Əlaqə Arxiv
news Image
2020.07.09
13:55
| A A A
Pandemiyaya qarşı mübarizədə yeni addımlar

Koronavirus pandemiyasının bütün dünyada yaratdığı problemlərin mənfi fəsadları hələ uzun müddət hiss olunacaq. Belə bir ağır və çıxılmaz vəziyyətdə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac vardır. Dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanıldı ki, onlardan da bir neçəsinin artıq açılışı olub.

İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər. Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlət başçısına raportunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalının 10 korpusdan ibarət olmasını və burada 800 xəstəni qəbul etmək üçün hər cür imkanların mövcdluğunu qeyd etmişdi. Açılışda çıxış edən Prezident İlham Əliyev Covid-19 pandemiyasının yayılmasını nəzərə alaraq dövlətin lazımi tədbirləri davam etdirməsini, daha 5 modul tipli xəstəxananın inşa olunacağını qeyd etmişdi.

Pandemiyanın ilk günlərindən ölkədə hökumət tərəfindən çox önəmli addımlar atılmış, fevral ayında cəmi altı laboratoriya mövcud idisə, hal-hazırda bu laboratoriyaların sayı 29-a çatıb və 15 yeni laboratoriya sifariş edilib. Beləliklə də, laboratoriyaların sayı 44-ə çatacaqdır. Ölkə başçısı eyni zamanda qeyd etmişdi ki, yoluxmanın tempi yüksəkdir, amma vəziyyət nəzarət altındadır.

Prezident İlham Əliyevin siyasətinin əsasını hər zaman vətəndaş amili təşkil etmişdir. Bu səbəbdən də o, öz çıxışında “Mən bir daha demək istəyirəm ki, seçim qarşısında olanda bizim seçimimiz birmənalı, tərəddüdsüz idi, insanların sağlamlığı ön plandadır, iqtisadiyyat ikinci plandadır.” deyərək bildirmişdi.

Azərbaycan pandemiya ilə mübarizədə 30-dan çox ölkələrə humanitar yardım göstərərək öz yardımsevərliyini və xeyirxahlığını bir daha sübut etmiş oldu. Azərbaycan gənc dövlət olsa da, dünyada böyük nüfuz və etimad sahibidir. Son dövrlər dünyada ölkəmizin irəli sürdüyü təşəbbüslərə göstərilən yanaşma bunun əyani sübutudur.

Fehruzzadə Xatirə Qurban qızı

Nəsimi rayonu

Sizin Reklam Yeriniz