Əlaqə Arxiv
news Image
2020.07.10
17:19
| A A A
Hikmət Hacıyev: Rəqəmlərdə müəyyən stabilləşmə özünü göstərir

Rəqəmlərdə müəyyən stabilləşmə özünü göstərir. Artıq sağalan və yoluxanlar arasında cüzi fərq nisbəti müşahidə olunur.

Mövqe.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Vətəndaşlara göstərdikləri anlayışa görə təşəkkür edirik. Onların məsuliyyətli yanaşması, qaydalara riayət edib, fərdi məsuliyyət göstərməsi nəticəsində biz buna nail olmuşuq.

Karantin rejiminin həyata keçirilməsində bütün struktularımız fəaliyyətə keçib. Dövlət qulluqçuları gərgin iş rejimində fəaliyyətlərini davam etdirirlər".

O bildirib ki, dünyadakı epidemioloji vəziyyət heç də qənaətbəxş deyil: "Bu gün Prezident İlham Əliyevin təşəbbüskarı olduğu BMT baş Assambleyasının xüsusi sessiyası öz işinə başladı. BMT tarixində bu günə qədər 30 sessiyası baş tutub ki, hesab edirik ki, bu təşəbbüs koronavirusla mübarizədə öz töhvəsini verəcəkdir. Bu sahədə fikir və təcrübə mübadiləsinin aparılması üçün Türkiyə, Rusiyadan mütəxəssislər ölkəmizə gətirilib"

O qeyd edib ki, Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər xarici həmkarlar tərəfindən də yüksək qiymətləndirilib: "İyun ayında Azərbaycanda yoluxmada artım tendensiyası varsa, xarici ölkələrdə azalma müşahidə olunur. Buna görə də xarici mütəxəssislərlə fikir mübadiləsi aparılır.

Eyni zamanda Kubadan ölkəmizə həkimlərin gətirilməsi nəzərdə tutulur. Kubanın dünya miqyasında Ebola virusuna zəngin təcrübəsi var. Bu səbəblə sözü gedən ölkənin mütəxəssisləri ölkəmizə gələcəklər".

Sizin Reklam Yeriniz