Əlaqə Arxiv
news Image
2020.07.10
17:24
| A A A
Azərbaycan daha bir neçə ölkə ilə hava əlaqəsini açır

Digər dövlətlərlə Azərbaycan arasında təcrübə mübadiləsi davam etdirilir.

Mövqe.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, PA-nın Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib.

"Tərəfdaş dövlətlər də karantin rejiminin yumşaldılmasına getsə də, yoluxma artdı. Bu ölkələr də ölkəmizdə olduğu kimi təkrar qapanma rejiminə keçdilər", - o bildirib.

H.Hacıyev qeyd edib ki, xaricdə olan vətəndaşlarımızın ölkəmizə təxliyəsi davam edir:

"İstanbul-Bakı istiqaməti üzrə 4 hava uçuşları baş tutur. Eyni zamanda Avropa istiqamətində uşular baş tutacaq, Bakı-London-Bakı uçuşları olacaq. Həmçinin, Bakı-Berlin-Bakı arasında uçuşları təşkil olunacaq.

Bununla yanaşı bu həftə 250 vətəndaşımız Rusiyadan ölkəmizə gətirilib. Qarşıdakı həftədə də bu iş davam etdiriləcək. Eyni zamanda İrandan, Gürcüstandan, Ər-Riyaddan da vətəndaşlarımızın gətirilməsi nəzərdə tutulur. Bunun üçün vətəndaşlarımızın testdən keçməsi və ölkə daxilində 2 həftəlik karantin qaydalarına əməl etmələri tələb olunur".

Hikmət Hacıyev qeyd edib ki, Budapeşt, Daşkənd, Yekaterinburq, Qətərdən də çoxsaylı müraciətlər səbəbilə vətəndaşlarımızın gətirilməsi nəzərdə tutulur. Xüsusilə dərs ili başa çatdığı üçün tələblərin gəlişinin təşkili ilə bağlı Bakı-İstanbul reysində müəyyən qiymət güzəştləri olacaq.

Vətəndaşlardan maksimum dərəcədə xarici səfərlərdən çəkinmələrini xahiş edirik".

Sizin Reklam Yeriniz