Əlaqə Arxiv
news Image
2020.07.10
18:45
| A A A
İlham Məmmədov seçiciləri ilə görüşüb, fikir mübadiləsi aparıb
09 İyul 2020-ci il tarixində 48 saylı Yevlax Seçki Dairəsindən Millət vəkili seçilmiş İlham Məmmədov seçildiyi seçki dairəsi üzrə Yevlax şəhərində, rayonun Yuxarı və Aşağı Qarxun , Qoyunbinəsi kəndlərində seçicilərlə görüş keçirmişdir. Görüş Nazirlər Kabineti yanında Opreativ Qərargahın tövsiyə və tapşırıqlarına əməl etmək şərti ilə keçirilmişdir. İlham Məmmədov ilk öncə seçicilərinə koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində möhtərəm cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə icra edilmiş qabaqlayıcı tədbirlərdən danışmış, karantin müddətində vətəndaşlara yardımların edilməsindən, işsiz statusu qazanmış, karantin müddətində işini itirmiş şəxslərə dövlət tərəfindən təyin edilmiş ödənişlərdən danışmış, sahibkarlara dəymiş ziyanın aradan qaldırması məqsədi ilə dövlətin tam qayğısı ilə əhatə olunmalarını seçicilərinin diqqətinə çatdırmışdır. İlham Məmmədov dövlətin icra etdiyi tədbirlərin effektliyini artıqmaq məqsədi ilə hər kəsi məsuliyyətli olmağa çağırmış, tibbi maskalardan istifadəinin və sosial məsafə saxlamağın vacibliyini vurğulamışdır. Sonra fərdi qaydada seçicilər dinlənilmiş, onları narahat edən məslələrlə bağlı qeydlər götürülmüş, məsələlərin həlli üçün aidiyyati qurumalar qarşısında məsələ qaldırlacağını bildirlmişdir. Daha sonra Qoyunbinəsi kəndində inşa edilən 480 şagird yerlik məktəb binasının tikintisi ilə tanış olmuş, tikinti işlərinin gedişi ilə yaxından maraqlanmışdır. İlham Məmmədov qeyd etmişdir ki, həmişə seçicilərinin yanındadır və onların qayğılarının həlli istiqamətində hər zaman çalışmağa hazırdır.
Sizin Reklam Yeriniz