Əlaqə Arxiv
news Image
2020.07.11
11:20
| A A A
“İsmailiyyə” binasının fasadındakı yazı dəyişdirilir

Bakıda “İsmailiyyə” (hazırkı AMEA-nın Rəyasət Heyətinin) binasının fasadında yuxarı hissəsində kirilcə yazılan “Azərbaycan SSR Elmlər Akademiyası” yazısı sökülür.

Mövqe.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotolar paylaşılıb.

Həmin yazının yerində latın qrafikası ilə "Azərbaycan Milli Elmlər Akademiyası" yazılacaq.

Qeyd edək ki, bina Azərbaycan milyonçusu Musa Nağıyev tərəfindən 1907-ci ildə inşa olunub. Binanı dünyadan erkən köçən oğlu İsmayılın xatirəsinə tikdirib. 

Sizin Reklam Yeriniz