Əlaqə Arxiv
news Image
2020.07.11
15:33
| A A A
Bakıda parkın içində tikilən obyekt söküldü

Paytaxtın Nizami rayonu ərazisində vətəndaşların istirahəti üçün yaradılmış abad həyətdə maddi qazanc məqsədi ilə tikilən obyektin söküntüsünə başlanılıb.

Mövqe.az xəbər verir ki, obyektdə söküntü işləri bu gün səhər saatlarından davam etdirilir. Hazırda söküntü işləri yekunlaşmaq üzrədir.

Qeyd edək ki, obyekt “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan həyətin içərisində inşa edilib.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovu vəzifəsindən azad edib.

Sizin Reklam Yeriniz