Əlaqə Arxiv
news Image
2020.07.12
10:00
| A A A
Rusiya həkimləri koronavirusla mübarizədə kömək üçün Azərbaycana gəlir

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Universitetinin mütəxəssisləri və könüllü həkimlər qrupu koronavirus pandemiyası ilə mübarizədə kömək etmək üçün Azərbaycana yola düşüb.

Bu barədə Mövqe.az Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir.

"Rusiya həkimləri Azərbaycan Respublikasının tibbi işçiləri üçün konsultasiyalar keçirəcəklər, xüsusi problemli regionlarda tibbi yardımın göstərilməsi üzrə işin təşkilində kömək edəcəklər, respublikada epidemiologiya vəziyyətinin sabitləşməsi üçün ambulator və hospital mərhələlərində koronavirusun müalicəsi ilə bağlı Rusiya təcrübəsini bölüşəcəklər", - xəbərdə deyilir.

Həkim briqadasının tərkibinə beş mütəxəssis daxildir. Onlar arasında pulmonoloq, revmatoloq və epidemioloq da var. Qrupa Seçenovsk Universitetinin Pulmonologiya kafedrasının rəhbəri, Rusiya Səhiyyə Nazirliyinin pulmonoloqu Sergey Avdeyev başçılıq edir. "Seçenovsk Universitetinin həkimləri ilə birlikdə Azərbaycana Moskvanın tibb müəssisələrində, Odintsov, Norilskdə yaşayan və işləyən 17 həkim yola düşüb", - mətbuat xidmətində əlavə ediblər.

Daha əvvəl Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bildirib ki, yeni koronavirus infeksiyası ilə mübarizədə yerli mütəxəssislərin təcrübəsi, həmçinin pasiyentlərə yardım ölkədən xaricdə də çox tələb olunur. Xüsusi halda, Rusiya həkimləri artıq italiyalı, qırğız həmkarlarına virusla mübarizə aparmağa kömək ediblər. O, Azərbaycana da səfərin planlaşdırıldığını qeyd edib.

Sizin Reklam Yeriniz