Əlaqə Arxiv
news Image
2020.07.12
15:18
| A A A
Sumqayıtda evi tərk edən koronavirus xəstəsinə cinayət işi açıldı

Sumqayıtda yaşadığı evi qanunsuz tərk edən daha bir aktiv koronavirus xəstəsi saxlanıb.

Daxili İşlər Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Məlum olub ki, aktiv koronavirus xəstəsi Sumqayıt şəhər 9-cu mikrorayonda yaşayan 1978-ci il təvəllüdlü Bağırov Rövşən Xürrəm oğludur. Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağırılıb.

Bağırov Rövşən Xürrəm oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə Cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir. Həmin şəxs polis nəzarətinə götürülüb.

Sizin Reklam Yeriniz