Əlaqə Arxiv
news Image
2020.07.14
12:57
| A A A
Dünya dövlətləri pandemiyaya qarşı birgə mübarizə aparmalıdırlar

Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyev cənablarının təşəbbüsü ilə bu hərəkata üzv olan dövlətlər adından pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi təklifi irəli sürülmüşdür.Bu təşəbbüsə 130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə etmişdir.

Prezidentimiz cənab İlham Əliyevin bu təşəbbüsünü Rusiya tərəfi yüksək səviyyədə dəyərləndirmiş və xüsusi sessiyanın təşkili istiqamətində əməkdaşlığa hazır olduğunu bildirmişdir.

Rəsmi olaraq iyul ayının 10-da Xüsusi Sessiya başlayır.Dövlət və hökumət başçıları səviyyəsində keçiriləcək müzakirələrin tarixi dövlətlətlər arasında aparılan məsləhətləşmələrdən asılıdır.

Bu zamana kimi BMT tarixində 31 Xüsusi Sessiya keçirilmişdir.Bunlardan üçü dövlətlətlər tərəfindən çağırılmışdır.İlk dəfə olaraq Sessiya dövlət və hökumət başçıları səviyyəsində və videokonfrans şəklində keçiriləcək.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atmışdır.

Hazırki dövrdə yalnız Ümüm,

dünya Səhiyyə Təşkilaı pandemiya ilə məşğul olur və bəzi açıqlamalar verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının təşəbbüsü və sədrliyi ilə aprel və may aylarında Qoşulmama Hərəkatının və Türk Şurasının videokonfrans formatında,dövlət və hökumət başcıları səviyyəsində sammitləri keçirilimişdir.

Prezidentimiz İlham Əliyevin beynəlxalq aləmdə rəqəmsal diplomatiyanın təşəbbüskarı olması pandemiyanın yaratdığı maneələrə cavab oldu.

İnanıram ki, cənab prezidentimizin bu təşəbbüsü nəticəsində BMT-nin videokonfrans formatında Xüsusi sessiyası keçiriləcək və bu müzakirələr nəticəsində bəşəriyyət pandemiyadan azad olunacaq.

 Hüseynli Elşən Adil oğlu,

Nəsimi rayon gənci, Azərbaycan Dillər Universitetinin tələbəsi

Sizin Reklam Yeriniz