Əlaqə Arxiv
news Image
2013.07.26
11:10
| A A A
Bakının əsas girişlərindən biri bağlandı
“Dövlət Yol Polisi İdarəsi müvəqqəti çətinliyə görə əhalidən və sürücülərdən üzr istəyir" Bakı şəhərinin əsas giriş yollarından biri olan Tiblisi prospekti bağlandı. Buna səbəb yolda aparılacaq təmir-tikinti işləridir.

Qeyd edək ki, bununla bağlı Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ötən gün sürücülərə xəbərdarlıq etmişdi.

Xəbərdarlıqda, iyulun 25-dən 26-na keçən gecə saat 00:00-dən etibarən 20 Yanvar dairəsindən şəhər istiqamətində Tbilisi prospekti üzrə Nəqliyyat Nazirliyinin inzitbati binasının yanınadək yeni asfalt örtüyünün təcili çəkilişi ilə əlaqədar bütün avtomobillərin hərəkətinə məhduliyyət qoyulduğu və istiqamətin dəyişdirildiyi bildirilmişdi.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir:

"Konkret olaraq 20 yanvar dairəsindən həm körpünün üzəri ilə, həm də Tbilisi prospekti ilə A. Salamzadə küçəsi ilə kəsişməyədək avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulub. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yaranan müvəqqəti çətinliyə görə əhalidən, avtomobil sahibləri və sürücülərdən üzr istəyir".
Sizin Reklam Yeriniz