Sabah komanda verilsə, biz oradayıq - Şəhid qardaşı
İlqar Mirzəyev son nəfəsinə qədər həmişə millətinə, vətəninə sadiq olub.
Mövqe.az xəbər verir ki, bu sözləri polkovnik Mirzəyev İlqarın qardaşı Rəfael Mirzəyev polkovniklə vida mərasimində deyib:
"Fəxr edirdik ki, ondan qorxurdular. Biz vətənin xidmətində qonşuluqda yaşadıq. Bu dünyadan köçəndə o dünyada da qonşu olaq.
Mən istəyərdim Azərbaycan xalqı yumruq kimi birləşsin, ayılsın. Qardaş itkisi verməyək.
Ali baş komandan sabah komanda versə, biz oradayıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin"