Əlaqə Arxiv
news Image
2020.07.15
14:42
| A A A
Moskvadakı soydaşlarımız dəstək aksiyası keçirdilər

Bu gün Moskva şəhərində yaşayan soydaşlarımız Azərbaycan səfirliyinin qarşısına toplaşaraq Vətənə, doğma yurdunu döyüş meydanında qoruyan oğullarımıza, şəhidlərimizin ailələrinə dəstəklərini ifadə ediblər.

“Report”un Rusiya bürosu xəbər verir ki, aksiyada iştirak edən 100-dən çox soydaşımız “Qarabağ bizimdir”, “Qarabağı heç kimə vermərik” şüarlarını səsləndiriblər.

Aksiya iştirakçılarının qarşısına çıxan səfir Polad Bülbüloğlu onlara təşəkkür edib:

“Bizim xalqımız həmişə bir və həmrəy olub. Deyə bilərəm ki, Rusiya Federasiyasının vətəndaşı olan soydaşlarımızdan bir neçə müraciət almışam. Onlar da könüllü olaraq cəbhəyə gedib Vətəni müdafiə etmək istəyirlər. Əlbəttə, bu müraciətləri respublikamızın rəhbərliyinə çatdıracağam".

O deyib ki, dünən müdafiə naziri Zakir Həsənova zəng vurmuşam: "Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamışam. Bildiyiniz kimi, Rusiyanın bir sıra nüfuzlu KİV-nə müsahibə verərək bu məsələdə Azərbaycan Respublikasının mövqeyini çatdırmışam. Biz haqqın tərəfindəyik. Həqiqəti gec-tez dünya ictimaiyyəti də öyrənəcək. Azərbaycanımız qələbə çalacaq”.

Sizin Reklam Yeriniz