Əlaqə Arxiv
news Image
2020.07.15
16:43
| A A A
İranda koronavirusa qarşı dərman istehsal ediləcək

Gələn həftədən İranda COVID-19 virusuna qarşı səmərəli olması gözlənilən remdesivir deyilən antivirus dərmanının istehsalına başlanacaq.

Mövqe.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə və ailə rifahı naziri Səid Nəməki bildirib.

“Hazırda koronavirusa qarşı sınanmış və səmərəli dərman vasitəsi yoxdur, Avropada və Amerikada xəstələrə remdesivir təyin edirlər. Hazırda ölkəməzdə ondan kifayət qədər var, gələn həftədən isə bu dərmanın yerli istehsalına başlayırıq”.

Ölkədə koronavirus epidemiyası ilə bağlı yeni məhdudiyyətlərin tətbiq olunduğunu qeyd edən nazirin sözlərinə görə, lazım gəldikdə bu məhdudiyyətlər daha da genişləndiriləcək.

Xatırladaq ki, bu gün ölkə prezident Həsən Ruhani İranda koronavirusun may ayından ikinci dalğasının başladığını bildirib.

Ölkədə koronavirusa yoluxma barədə ilk rəsmi məlumatın verildiyi 19 fevral tarixindən etibarən virusa 264 561 nəfər yoluxub ki, bunlardan 13 410 nəfər dünyasını dəyişib.

Sizin Reklam Yeriniz