Əlaqə Arxiv
news Image
2020.07.15
17:20
| A A A
Leysan nəticəsində Qəbələdən sel keçib

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Mövqe.az-a verilən məlumata görə, Xınalıq, Daşkəsən, Oğuz, İsmayıllı, Altıağac, Xaltan, Qrız, Qəbələ, Şamaxı, Mərəzədə şimşək çaxıb, leysan xarakterli yağış yağıb. 

Düşən yağışın miqdarı Şamaxıda 23, Dəmiraparançay-Qəbələdə 21 mm olub. Yağan leysan yağış nəticəsində Dəmiraparançay və Pirsaatçay Poladlıdan sel keçib. 

Saat 14:30-da Qəbələ rayonunun dağlıq ərazilərinə xırda dənəli dolu düşüb. Şimal-qərb küləyi Qəbələdə 24 m/s, Göyçayda 18 m/s-dək güclənib.

Sizin Reklam Yeriniz