Əlaqə Arxiv
news Image
2012.05.14
18:07
| A A A
Tərləmənin çarəsi tapıldı

Movqe.Az xəbər verir ki, bugün həkimlər tərləyən əllər üçün mini-əməliyyat aparırlar. Bucür əməliyyat yarım saatdan çox çəkmir. Bir çoxu sual verə bilər ki, əllərimiz tərləyir deyə əməliyyata getmək lazımdırmı? Buna artıq hər bir kəs özü qərar verir.

Qeyd edək ki, əməliyyat zamanı xəstə narkoz altında olur. Qoltuq altlarında iki dəlik açılır. Birində endoskop vasitəsiylə orada gedən prosesləri izləyirlər.

Digər dəliyə isə həkim cərrahiyə alətlərinin köməyiylə, sinir hüceyrələrinə toxunmadan orada tərləməyə səbəb olan hüceyrələri sıxır. Və nəticədə əllər daha tərləmirlər.

Nəticədə isə bədəndə üç iz qalır. Qeyd edək ki, bu izlər ümumiyyətlə bədəndə bilinmir. Bu yaralar olduqca tez bir zamanda sağalır. Ənməliyyatdan dərhal sonra isə xəstə evə buraxılır.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz