Əlaqə Arxiv
news Image
2020.08.03
15:00
| A A A
Masallıda pandemiya ilə bağlı görülmüş işlər

Avqustun 2-də GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Mərkəzi Poçt, Məşğulluq Mərkəzi, 5 Bankın qarşısı, 9 terminal, 14 bankomat, 2 prospekt və 18 küçə dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.

RİHB-sının təşkilatçılığı ilə, YAP rayon təşkilatının Gənclər Birliyinin könüllüləri və DSMF-nin rayon şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı olan 163 nəfər tənha-kimsəsiz vətəndaşlarla görüşülüb onların sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə köməklik göstərirlər. Hal-hazırda işlər davam etdirilir.

Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
Avqustun 2-də 743 nəfərin icazəsinin olub-olmaması soruşulmuşdur. Reyd zamanı 31 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi, 90 nəfərin maskasız olması müəyyən edilmişdir. Qaydaları pozan 3 nəfər polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən Masallı şəhəri üzrə mobil qruplar tərəfindən ümumilikdə 27779 nəfərin icazəsinin olub-olmaması soruşulmuş, 1317 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi, 2411 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 211 nəfər və 11 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
Avqustun 2-də qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 3473 nəfərlə görüşülmüş, onlardan 632 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 3 nəfər polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
Həmin gün əsəbə və kəndlər üzrə ümumilikdə mobil qruplar tərəfindən 159307 nəfərlə görüşülmüş, 29034 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 208 nəfər və 1 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

Rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 4216 nəfərlə görüşülmüş, 31 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi və 722 nəfərin maskasız olması müəyyən olunmuşdur. Xüsusi karantin rejimi qaydalarını pozan 6 nəfər polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 187086 nəfərlə görüşülmüş, 1317 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi və 31445 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 419 nəfər və 12 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 19500 ədəd tibbi maska və 850 litr tibbi spirt paylanmışdır.

Dünən koronavirusla bağlı 16 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon ərazisində 8391 nəfərdən yaxma götürülmüşdür.

Pandemiya dövründə rayon üzrə ümumilikdə 261 koronavirusa yoluxma halı qeydə alınmışdır. Onlardan 227 nəfər sağalaraq evə buraxılmış 14 nəfər vəfat etmiş, müalicə alan 20 nəfər xəstədən 13 nəfəri xəstəxanada 7 nəfəri isə ev şəraitində müalicə olunur.

ƏLİHÜSEYN ŞÜKÜROV
Sizin Reklam Yeriniz