Əlaqə Arxiv
news Image
2020.08.03
17:33
| A A A
Daha bir ölkədən Bakıya mütəxəssislər gəlir

Azərbaycan Respublikasının koronavirusla mübarizədə beynəlxalq əməkdaşlığı davam etdirilir.

Mövqe.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

"Bu günə qədər Kuba, Türkiyədən ölkəmizə mütəxəssislər dəvət olunmuşdu. Bu gün isə İtaliyandan ölkəmizə mütəxəssis qrupu gətirildi. Yaxın günlərdə Çindən mütəxəssislərin gətirilməsi gözlənilir”, - H.Hacıyev bildirib.

O əlavə edib ki, ölkə başçısının təşəbbüsü ilə çağrılan BMT-nin xüsusi sessiyası davam edir:

“Qarşıdan gələn dövrdə ərzində BMT Baş Assambleyasının 75-ci sessiyası baş tutacaq ki, mövzu koronavirusla mübarizəyə həsr olunacaq".

Sizin Reklam Yeriniz