Əlaqə Arxiv
news Image
2020.08.04
17:44
| A A A
Bakıda istifadəyə yararlı çimərliklərin SİYAHISI
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları çimərliklərdə monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, aparılan monitorinq və araşdırmaların nəticələrinə görə Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri istifadəyə yararlıdır. Hazırda Xəzər dənizinin digər çimərliklərində də monitorinq və araşdırmalar davam etdirilir.
Sizin Reklam Yeriniz