Əlaqə Arxiv
news Image
2020.08.05
17:45
| A A A
Baş prokurorluqda yeni şöbələr yaradılıb

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində struktur dəyişiklikləri aparılıb.

Bu barədə Mövqe.az-a Baş Prokurorluqdan məlumat verilib. 

Avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş əməliyyat müşavirəsində Baş prokuror Kamran Əliyev diqqətə çatdırıb ki, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində struktur dəyişiklikləri aparılmaqla mövcud idarənin bazasında daha çevik, mobil və dinamik idarəetməyə malik şöbələr - Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil, Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi, Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi, Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi, Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbələri yaradılıb. 

Sizin Reklam Yeriniz