Əlaqə Arxiv
news Image
2020.08.08
19:16
| A A A
Masallı şəhərinin Heydər Əliyev prospekti daha da gözəlləşir

Bu günlərdə Masallı rayon Yaşıllaşdırma İdarəsinin əməkdaşları abad və geniş Heydər Əliyev prospektində təmizlik, abadlıq, quruculuq işləri aparıblar.

Prospektin dairəvi meydança istiqamətindəki yabanı bitkilər biçilərək yerində gül-çiçək toxumları əkilmişdir. İndi Bayraq Meydanı ilə üzbəüz yerləşən park şəhərimizə daxil olan qonaqlarda abad və yaraşıqlı şəhərimiz haqqında xoş təəssürat yaradır, təzə gül-çiçəklər göz oxşayır.

Prospekti daha da gözəlləşir, füsunkar olur. İstər-istəməz bu gözəlliyi yaradan insanlara sağ ol demək istəyirsən.

Masallı rayon Yaşıllaşdırma İdarəsinin əməkdaşları havaların xoş keçməsindən istifadə edərək şəhərin digər səmtlərində də təmizlik, abadlıq və quruculuq işləri aparır, təzə əkilmiş ağalara, gül-çiçəklərə su verirlər. Sıradan çıxmış, qurumuş ağaclar yenisi ilə əvəz olunur.

Qeyd edək ki, bütün işlər xüsusi karantin rejimi qaydalarına riayət edilməklə həyata keçirilir.

ƏLİHÜSEYN ŞÜKÜROV

Sizin Reklam Yeriniz