Əlaqə Arxiv
news Image
2020.08.10
17:39
| A A A
Seymur Orucov Dilbaz Atçılıq Təsərrüfatı Kompleksindəki şəraitlə tanış olub
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Dilbaz Atçılıq Təsərrüfatı Kompleksindəki mövcud şəraitlə tanış olub. At tövləsi, stasionar baytarlıq otağı, cıdır meydanı, talvar, anbar, ofis və digər binalara baxış keçirib. Kompleksin təcrübəli mütəxəssisləri qeyd ediblər ki, bu sahəyə göstərilən dövlət qayğısı nəticəsində atların baş sayının artırılması, keyfiyyət göstəricisinin yüksəldilməsinə nail olunur. Onlara göstərilən yüksək diqqətə görə dərin minnətdarlıqlarını ifadə ediblər.
Sizin Reklam Yeriniz