Əlaqə Arxiv
news Image
2020.08.11
12:00
| A A A
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə Murad Həşimov təyin olunub. Nazieliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbov məlumat verib ki, bu barədə Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb. Qeyd edək ki, Murad Həşimov daha əvvəl "Mədəniyyət" kanalında "Xəbərlər", "İnterAz" televiziyasında "Səhər xəbərləri" proqramlarının, "Araz" FM radiosunda "Səhər" buraxılışının aparıcısı işləyib. Son təyinata qədər isə ARB TV-də "Yaşamaq Gözəldir" və "Günə Doğru" proqramlarının aparıcısı olub.
Sizin Reklam Yeriniz