news Image
2013.08.01
10:31
| A A A
Tələbədən tələbəyə təqaüd

Bununla da onlar dünyaya sülh və birlik mesajı verilməyə çalışacaq

Azərbaycan-Kipr Dostluq Cəmiyyəti "Tələbədən-tələbəyə" adlı yeni bir layihəni həyata keçirəcək. Cəmiyyətin İdarə Heyətinin üzvü və layihənin rəhbəri Cəfər Mənsiminin ANS PRESS-ə verdiyi məlumata görə, bu layihə öncə Şimali Kipr Türk Cümhuriyyətinin universitetlərində təhsil alan tələbələri əhatə edəcək. 


Layihə rəhbəri 98 fərqli ölkədən 50 minə yaxın tələbənin bu layihəyə qoşularaq bir-birlərinə dəstək olmaq imkanı əldə edəcəklərini bildirib. Belə ki, bu layihəyədə iştirak edən tələbələr istədikləri vaxt layihə icraçıları tərəfindən açılan bank hesabına müəyyən məbləğ yatıracaqlar. Bununla da onlar bir-birlərinə, xüsusi ilə də imkansız tələbələrə yardım etmiş olacaqlar. Əldə edilən məbləğ imkansız tələbələrin təhsil haqqının ödənilməsinə, yataqxana, yemək kimi xərclərin qarşılanmasına ayrılacaq. 


Bundan başqa xaricdə təşkil olunan müxtəlif proqramlarda, seminar və konfranslarda iştirak edə bilməyən tələbələrə də yardım ediləcək. 


Qeyd edək ki, təhsil alan tələbələrin bir-birlərinə təqaüd verməsi təşəbbüsü ilk dəfə ki həyata keçiriləcək. 


Həmçinin layihənin digər vəzifələri dünyanın müxtəlif ölkələrindən olan gəncləri bir araya gətirərək dünyaya sülh və birlik mesajı vermək, onların dünya görüşlərinin, həyata baxış tərzlərinin artmasına yardımçı olmaq, gənclərin bir-birlərinə dəstək olmasını təşkil etmək, tələbələr arasında ayrı-seçkiliyi aradan götürmək, tələbələrin gələcək həyatlarına müsbət yön vermək, istedadlı gənclərə dəstək olmaq, onların maddi sıxıntılarını aradan qaldırmaqdır. 


Layihədən təhsil alan tələbələrlə yanaşı, onların ailələri və universitetlər də faydalana biləcək. Keçirilən layihə müxtəlif iş adamları və vəzifəli şəxslərə də nümunə olmaları istiqamətində mesaj verəcək. Layihənin icra müddəti cari ilin sentyabrından başlayacaq. 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs