Əlaqə Arxiv
news Image
2020.08.13
12:38
| A A A
332 nəfərə ictimai işlər cəzası verilib

Cari ilin 6 ayı ərzində 332 nəfər barədə ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrası təmin edilib.

Bu barədə Mövqe.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu növ cəzanın və inzibati tənbehin icrası ilə bağlı 64 844 saat ictimai işlər yerinə yetirilib.

Eyni zamanda ictimai işlər növündə cəzanın daha səmərəli tətbiqi və icrasına effektiv nəzarətin həyata keçirilməsi ilə bağlı əməli işlər görülüb, o cümlədən qanunvericilik təkmilləşdirilib, yerli icra hakimiyyəti orqanları ilə daha səmərəli qarşılıqlı fəaliyyət qurulub, ictimai işlərin keçirildiyi yerlərdə məhkumların işlədikləri vaxtlarda mütəmadi monitorinqlər aparılıb.

Sizin Reklam Yeriniz