news Image
2013.08.01
11:25
| A A A
Bakıda yolları daraldanlara 2 000 manat cərimə..

Şəhərdə maşınların hərəkəti bəzi şəxslərin quraşdırdığı süni qurğular tərəfindən məhdudlaşdırılır


Bakıda avtomobillərin hərəkəti bəzi şəxslərin quraşdırdığı süni qurğular tərəfindən məhdudlaşdırılır. Məlumdur ki, Bakının mərkəzi yolları bir neçə on il əvvələ hesablanan yollardır. Yəni yollar salınarkən indiki vəziyyət, əhali və avtomobil sıxlığı nəzərə alınmamışdı. Hər gün müşahidə edilən sıxlıq və tıxaclar hesabına olsa belə Bakı günü-gündən artan avtomobil sayına uyğunlaşmağa çalışır. 


Amma bu sıxlığı subyektiv səbəbdən yaradan sürücü və adi şəxslər də var. Məsələn yol kənarında, səkidə "park etmək qadağandır" işarəsi sıxlığı yaradan başlıca səbəbdir. Son dövrlər Bakı küçələrinin kənarlarında maraqlı mənzərə müşahidə edilməkdədir. Hansısa bir dükanın və ya başqa obyektin qarşısı ya zəncirlənir və müxtəlif vasitələrlə məhdudlaşdırılır. Başqa sözlə şəxsi parkinq yerləri yaradılaraq küçə zəbt edilir


Bu mənzərə ilə yəqin ki, bir çox sürücü tanışdır. Yol kənarında maşınların park etməsinə qadağa qoyulması azmış kimi, həmin ərazidə bəzi avtomobillər üçün yer də saxlayırlar. Bunun üçün maneələr qoyulur. Paytaxtın mərkəzində, xüsusilə də brend mağazaların önündə belə maneələrə rast gəlmək olar. Bu məhdudlaşdırıcı vasitələr dəmir və plastmasdan ola bilər. Hətta bəzi yerlərdə taralardan istifadə olunmasına da rast gəlinir. 


Bu qurğuların əsas məqsədi isə kənar avtomobillərin saxlanılmamasına yönəlib. Yəni hər hansı bir obyektin önündə belə bir maneə varsa, həmin yerdə yalnız öz əməkdaşları avtomobil park edə bilər. Belə bir hal isə sürücülər tərəfindən müsbət qarşılanmır. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs