Əlaqə Arxiv
news Image
2020.08.14
16:06
| A A A
Dostumuz kim, düşmənimiz kim?

   Çox qəribə bir "dostluq" aləmi  ilə qarşı qarşıya durmağımız  çox dövlətləri sual qarşısında qoyur. Həmçinin də bizi. Görəsən hər zaman dost , yoldaş  kimi , fərq etməz istər böyük, istər kiçik, dövlətlərin yanında olmağımız, köməyimiz, humanist, tolerant  münasibətlərimiz göz önündə durduğu halda, niyə arxamızdan vurulan düşmən əlini  açıq, aydın  hiss edirik. Yəni, yüksək kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə  yaşayırıq. Bütün dünya hadisələri  ovuc içində aydın görsənir və hər kəsin, hər şeydən rahat xəbər tuta bilməsi  artıq sirr deyil.  Bu arxayınlıq   hardan peyda olur ?  Heçmi dostluq, humanistlik deyilən bir anlam qalmayıb?  Axı , silah ölümdür.  İnsanların ölümünə hazırlanır. Mən insanları cinslərə,  yaşa və ya tutduğu vəzifəyə görə ayırmaq istəmirəm. Ölmək olar. Vətən uğrunda, torpaq uğrunda. Necə ki, üzdən iraq qonşular, mənfur ermənilər   tərəfindən  zəbt edilərək   işğal edilmiş torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladları kimi. Bu müharibədə düşmən itki verir. Bu da ona görədir ki, onlar mənfur niyyətləri ilə bizi müharibəyə cəlb ediblər. Biz heç kimin torpaqlarına göz dikməmişik. Ancaq burda söhbət  başqa dövlətlərin arxamızdan çevirdikləri xain münasibətdən gedir. Bütün dünya ölkələri  haqqı, doğrunu  bilir . Bunu  bir mənalı şəkildə  qəbul edərək Ermənistanı təcavüzkar  dövlət olduğunu görürlər. Neçə illərdir  bu ağrı ,acı ilə yaşadığımız halda haq səsimizin eşidilməməsinə  səbəb nədir? Söhbət   hər kəsə dost olan Azərbaycana  göstərdikləri xain münasibətdən gedir. 
          Erməni mənfurlarını silahla təmin etmək, ölkə səmasını ölüm saçan silahların daşınmasını təmin etmək üçün  açıq etmək, razılıq vermək, hansı münasibətdən dogur?  Mən başa düşürəm  sərhədlərin, xalqların təhlükəsizliyi üçün silahlar istehsal olunur,  satılır . Təcavüzkarı silahla təmin etmək  nə dərəcədə "dost" münasibətidir? Biz torpaqlarımızı  canımız , qanımız  hesabına hər zaman müdafiə edəcəyik .Bu bizim Vətən,torpaq borcumuzdur  . Torpaqlarımızı alacağıq. Bizim buna gücümüz yetəcək. Buna söz yox.  Biz güclü dovlətik . Dostlarımız da çoxdur. Haqq səsimiz boğulmayacaq. Müharibəni biz başlamamışıq. Amma onu qələbə ilə bitirəcəyik. Çünki, arxamızda güclü dövlətimiz , dövlət başçımız var. Onun siyasəti  haq səsinə bağlanıb. Haq isə hər zaman yerini tapıb. Ən önəmlisi odur ki, xalq birliyi var xalq qüvvəsi var. Əgər birlik və dövlətə güvən, inam olarsa, heç vaxt gücümüz qüvvətimiz bitməz tükənməz. Biz yaxın günlərdə hamılıqla birlikdə qələbəmizi qeyd edəcəyik. Azərbaycan xalqına yalnız qələbə yaraşır.


Ağalarova Təranə 
Nəsimi rayon təhsil işçisi.

Sizin Reklam Yeriniz