news Image
2013.08.02
11:45
| A A A
Sabah ali məktəblərə qəbul imtahanları başa çatır

II qrup üzrə 23052 abituriyent biliyini sınayacaq

Sabah Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək.

TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, imtahan 11 şəhərdə, 42 binada keçiriləcək.


Bu il II qrup üzrə 23052 abituriyent ərizə təqdim edib. Onlardan 20544 nəfəri Azərbaycan bölməsinin, 2508 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 14566 nəfərini oğlanlar, 8486 nəfərini isə qızlar təşkil edir. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 123 abituriyent xarici ölkələrin vətəndaşıdır.

Ən yaşlı abituriyent 1956, ən gənc abituriyent isə 1998-ci il təvəllüdlüdür.


İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq. Abituriyentlər imtahana 2 sənəd gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əslini

- "İmtahana buraxılış vərəqəsi"ni;


Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.


İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən II ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Həmin gün saat 19:00-da "Space" telekanalında canlı yayımlanan "Abituriyent" verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın "Facebook" səhifəsində (facebook.comeTQDK) yerləşdiriləcək.

Cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr TQDK-nın internet saytında yerləşdiriləcək. 

Qruplar üzrə ixtisas seçimi avqustun 6-dan 15-dək internet vasitəsilə aparılacaq.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs