news Image
2013.08.06
13:07
| A A A
Qafqaz Müsəlmanları İdarəsi "Ayın yenilənməsini sabah axşam biləcəyik"

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının ayın təzələnmə vaxtı ilə bağlı açıqlamasına etiraz edir.

QMİ sədrinin müavini Hacı Fuad Nurullah APA-ya açıqlamasında bildirib ki, bu məlumat dəqiq deyil, təqribən ola bilər.

 Bunun ancaq QMİ-nin yaydığı cədvələ əsasən göstərilən bayram günündən bir gün əvvəl, yəni sabah bilinəcəyini deyən H.F. Nurullah qeyd edib ki, Rəsədxananın açıqladığı kimi, avqustun 6-dan 7-nə keçən gecə saat 02:52-də ayın yenilənəcəyi barədə QMİ-də məlumat yoxdur: "Bunu ancaq Allah bilər. Əgər Allah ayı yeniləməyibsə, bu insanlar əvvəldən bunu necə görə bilərlər? Necə təqribən deyə bilər? Onlar əllərində olan riyazi hesabla ancaq ölçüb-biçib rsədxana kimi təqribən deyə bilərlər, bunu da bizimlə birgə ancaq deyə bilərlər".

 

QMİ rəsmisi bununla bağlı öz nəzəriyyələrini də açıqlayıb: "Qanunauyğunluq odur ki, bizim üfüqə uyğun olaraq ayın yenilənməsini bir gün əvvəl, yəni sabah axşam biləcəyik. Bayrama bir gün qalmış ayın yenilənməsi sezilir".

 

Xatırladaq ki, Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA - ya açıqlamasında deyib ki, Ramazan ayından sonra ayın təzələnməsi avqustun 6-dan 7- nə keçən gecə saat 02:52-də baş verəcək. Onun sözlərinə görə, yeni ayı 2-3 gündən sonra görmək mümkün olacaq: "Yeni ayı insanlar avqustun 9-dan nisbətən, 10-da isə tam görə biləcəklər".

 

Qeyd edək ki, QMİ-nin Ramazan ayı münasibətilə açıqladığı təqvimə əsasən, avqustun 8-i Ramazan ayının son günüdür.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs