Əlaqə Arxiv
news Image
2020.09.15
18:33
| A A A
Sumqayıt Kimya Sənaye prkının timsalında yeniləşən Azərbaycanı görürük

Sumqayıt şəhəri Azərbaycanın 2-ci böyük sənaye şəhəridir. Bütün rayonlar kimi Sumqayıt da durmadan inkişaf edir. Son illər Sumqayıta böyük sayda investisiya qoyulub. Bununla da  Sumqayıtda bu müəssisələrdə yüzlərlə sumqayıtlı çalışaraq işsiziyin aradan qaldırılmasına və insanların yaşayış səviyyəsinin yüksəlməsinə səbəb olacaqdır.
        Bir gənc kimi sevinirəm ki, bu gün regionların inkişafında həm işsizliyin aradan qaldırılması,həm gənclərin asudə vaxtlarını səmərəli keçirilməsinin təşkil olunması və eyni zamanda da peşə yönümlü sahələrin öyrənilməsi,inkişafı günün tələbi olmuşdur.
        Xaricdə yaşayan azərbaycanlı iş adamları da Azərbaycandakı şirkət və fabriklərə investisiya qoyaraq ölkəyə olan dəstəkərinin göstərməlidirlər. Onlar daim vətənlə əlaqədə olmalı və ölkəmizin inkişafında böyük rol oynamalıdırlar. Bütün bu amillər düzgün istifadə edilsə Azərbaycanda investisiya axını baş verər.Hal-hazırda dünya böyük bəla ilə üz-üzədir.Amma biz elə şərait yaratmalıyıq ki,postpandemiya dövründə ən hazırlıqlı ölkələr siyahısına daxil olaraq yeni inkişaf yüksəlişinə sahib olaq.
        14 sentyabr 2020-ci il tarixində  cənab prezident İlham Əliyevin iştirakı ilə Sumqayıtda açılan Sumqayıt Kimya Sənaye parkı nəzdində Peşə təhsil Mərkəzinin açılması bütün Azərbaycan gənclərin marağına və sevincinə səbəb olmuşdur.Bu Kimya Sənaye parkının ümumi inkişaf tendensiyası yeniliklərlə fərqlənir.
        Danılmaz həqiqətdir ki,ölkəmizdə Sənaye parkı nəzdində peşə təhsili müəssisəsi yaradılması bir ilkdir.Gələcəyə baxdıqda  görərik ki,biz gənclər bununla bir neçə strateji hədəfə nail olacayıq.Gənclərimiz müasir infastruktura malik mərkəzdə təhsil alaraq dövrün tələbinə uyğun bacarıq və peşə vərdişlərinə yiyələnəcəkdir.Eyni zamanda da həmin peşə məktəbində təhsil alan tələbələr sənaye parkında təcrübə keçəcəklər.Bu onu göstərir ki, peşə təhsilinə yiyələnmiş gənclərimiz tam ixtisaslı mütəxəssis kimi idarə və müəssisələrdə yüksək bacarıqla çalışıb nailiyyətlər əldə edəcəklər.Bütün bunlar onu göstərir ki,hər zamanki kimi ölkə başçısı gənclərin parlaq gələcəyini,onların təlim-tərbiyəsini,rifahını və rahat yaşaması üçün edilə biləcək bütün imkanları həyata keçirir.

Əhmədli Xəmməd 
Nəsimi RİH könüllüsü
        

Sizin Reklam Yeriniz