Əlaqə Arxiv
news Image
2020.09.15
19:55
| A A A
Azərbaycanda həyata keçirilən sosial siyasətin prioritetləri

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabət qabiliyyətinin yüksəlməsini təmin edib. Yoxsulluğun aradan qaldırılması, ümumiyyətlə, son illər ərzində Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də təsdiq olunur. Azərbaycanın bu uğuru heç də təsadüfi deyil. Bütün bu uğurların təməlində həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət dayanır. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabət qabiliyyətinin yüksəlməsini təmin edib. Eyni zamanda, Azərbaycanda həyata keçirilən sosial siyasət nümunəvi xarakter daşıyır. Vaxtında yaradılan güclü «təhlükəsizlik yastığı”» indiki pandemiya şəraitində meydana çıxan çağırışları qarşılamağa imkan verir.

Hal-hazırda ölkəmizin hər yerində müsbət nəticələr əldə olunur. İqtisadiyyatımız durmadan inkişaf edir. Fabrik və zavodlarımızın istehsal gücü artıb. Artıq regionlarda demək olar hər yerdə məhsul ixrac olunur. İstehsal sahələri artırılır. İşsizliyin sayı aşağıya enir. Eyni zamanda Sumqayıtda açılan Kimya Sənaye Parkı yeniləşən güclü Azərbaycanı göstərir. Bütün bu amillər düzgün istiqamətə səfərbər edilir. Sumqayıt Kimya Sənaye Parkının ümumi inkişaf tendensiyası yeniliklərə münasibətilə fərqlənir. Cənab prezidentimizin diqqət və qayğısı nəticəsində hər zaman təhsilimiz günü-gündən inkişaf etmişdir. Bu gün də 2020-2021-ci tədris ilinə xoş bir töhfə olaraq peşə məktəbi gənclərin istifadəsinə verilmişdir. Gənclərin sağlam, savadlı, və şəxsiyyət kimi inkişaf etməsi üçün dövlət tərəfindən hər zaman yüksək diqqət və qayğı göstərilmişdir, bütün bunlar biz gəncləri ruhlandırır.

Nəsimi RİH könüllüsü                       

 Abbaszadə Nəsir

Sizin Reklam Yeriniz