Əlaqə Arxiv
news Image
2020.09.18
10:09
| A A A
İşdən çıxarılan polis rəisinin yerinə təyinat oldu
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Mövqe.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) rəisi, polis polkovniki Elsevər Qədirov vəzifədən azad edilərək, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin (PŞ) rəisi təyin olunub.
Qeyd edək ki, bir neçə gün əvvəl Daxili İşlər naziri, general-polkovnik V.Eyvazovun müvafiq əmri ilə Xətai RPİ-nin 37-ci PŞ-nin rəisi Lətif Cahangirov işdən çıxarılıb.
Sizin Reklam Yeriniz